...

Türkiyədə yeni ƏMƏLİYYAT - Terrora hazırlaşan 10 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 21 Fevral 2019 16:04 (UTC +04:00)
Türkiyənin İzmir vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının 10 silahlısı saxlanılıb
Türkiyədə yeni ƏMƏLİYYAT - Terrora hazırlaşan 10 nəfər saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətində polis xüsusi əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində PKK terror təşkilatının 10 silahlısı saxlanılıb.

Həmin şəxslərin martın 31-i keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində terror aktları planlaşdırdığı müəyyən edilib.

Qeyd olunur ki, saxlanılanlar həmçinin bu ay İzmirin sənaye zonasında baş vermiş partlayışın təşkilində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti