...

Dövlət Departamenti: ABŞ Qüdsdəki Baş konsulluğu və səfirliyi birləşdirəcək

Dünya xəbərləri Materials 4 Mart 2019 06:21 (UTC +04:00)
ABŞ martın 4-ü Qüdsdəki fələstinlilərə xidmət gösətərən Baş konsulluqlarını İsraildəki yeni səfirlikləri ilə birləşdiricək
Dövlət Departamenti: ABŞ Qüdsdəki Baş konsulluğu və səfirliyi birləşdirəcək

Bakı. Trend:

ABŞ martın 4-ü Qüdsdəki fələstinlilərə xidmət gösətərən Baş konsulluqlarını İsraildəki yeni səfirlikləri ilə birləşdiricək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Robert Palladinonun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "2019-cu il martın 4-ü ABŞ Qüdsdəki Baş konsulluğu ABŞ-ın Qüdsdəki səfirliyi ilə birləşdiriləcək. Vahid diplomatik missiya yaradılacaq".

Qeyd edilir ki, bu qərar ABŞ-ın xarici siyasət kursunda hər hansı bir dəyişikliyin olduğunu göstərmir: "Bu, ABŞ-ın Qüds, Qərb sahili və Qəzza zolağı üzrə siyasətinin dəyişməsi demək deyil.Prezidentin bildirdiyi kimi, Birləşmiş Ştatlar bundan sonrada yekun status, həmçinin ayırıcı xətlər və sərhədlər haqqında məsələ üzrə mövqey tutmayacaq".

Xəbər lenti

Xəbər lenti