...

Çin 2019-cu ildə hərbi büdcəsini 7,5% artıracaq

Dünya xəbərləri Materials 5 Mart 2019 06:26 (UTC +04:00)

Bakı. Trend:

Çin hakimiyyəti 2019-cu ildə milli müdafiə xərclərini 7,5% artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, xərclərin 1,19 trilyon yuan (təxminən 177,61 milyard dollar) səviyyəsində olacağı planlaşdırılır.

Rəsmi məlumatlara əsasən, 2017-ci ildə Çinin hərbi büdcəsi 7% artırılıb və tarixdə ilk dəfə bir trilyon yuan səviyyəsini keçib (1,044 trilyon yuan). Ötən il ölkə hakimiyyəti milli müdafiə xərclərini 8,1% artırmaq qərarına gəlib və 1,1 trilyon səviyyəsinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti