Bakı. Tural Turan - Trend:
Slovakiyada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin adı məlum olub. Trend-in məlumatına görə, vəkil və ictimai Zuzana Çaputova 40.3%, Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç isə 18.7% toplayaraq ikinci tura keçiblər.
Namizədlərdən heç biri 50%-dən çox səs toplamadağına görə 30 martda ikinci tur keçiriləcək.
Seçkilərin yekun nəticəsi bazar günü saat 15:00-da elan olunacaq.
Qeyd edək ki, ilkin məlumatlara əsasən, seçkilərdə 48.5% qeydiyyata alınmış seçici iştirak edib.