...

İndoneziyada 5,4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 24 Mart 2019 07:53 (UTC +04:00)
İndoneziyanın Sulavesi adasında 5,4 bal gücündə zəlzələ baş verib
İndoneziyada 5,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İndoneziyanın Sulavesi adasında 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Palu şəhərində 130 kilometr cənub-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti