...

Rusiyada güclü yanğın olub, ölənlər var

Dünya xəbərləri Materials 2 Aprel 2019 08:15 (UTC +04:00)
Rusiyanın Komsomolsk-na-Amure şəhərində beşmərtəbəli binada mənzillərdən birində yanğın baş verib
Rusiyada güclü yanğın olub, ölənlər var

Bakı. Trend:

Rusiyanın Komsomolsk-na-Amure şəhərində beşmərtəbəli binada mənzillərdən birində yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn yanğınsöndürənlər 3 nəfər kişinin cəsədini aşkar ediblər.

Daha sonra ağır yaralı qadın aşkar edilib və təcili yardım briqadası onu xəstəxanaya çatdırıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda yanğın söndürülüb. İnsidentlə əlaqədar araşdırma başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti