...

Angela Merkelin anası dünyasını dəyişib

Dünya xəbərləri Materials 11 Aprel 2019 04:21 (UTC +04:00)
Almaniya Kansleri Angela Merkelin anası Gerlinda Kasner 90 yaşında dünyasını dəyişib
Angela Merkelin anası dünyasını dəyişib

Bakı. Trend:

Almaniya Kansleri Angela Merkelin anası Gerlinda Kasner 90 yaşında dünyasını dəyişib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bildirib.

Ş.Zaybert əlavə edib: "Biz kanslerin və onun ailəsinin şəxsi sahəsinə hörmətlə yanaşmağı xahiş edirik".

Qeyd edək ki, hazırda Angela Merkel Brüsseldə Avropa İttifaqının "Brexit" üzrə növbədənkənar sammitində iştirak edir.

Xəbər lenti

Xəbər lenti