...

Şri-Lankanın şərqində komendant saatı ləğv edilib

Dünya xəbərləri Materials 29 Aprel 2019 08:32 (UTC +04:00)
Şri-Lanka hakimiyyəti üç yeni partlayışdan sonra Kalmunay şəhərində və onun ətrafında tətbiq edilmiş komendant saatını ləğv edilib.
Şri-Lankanın şərqində komendant saatı ləğv edilib

Bakı. Trend:

Şri-Lanka hakimiyyəti üç yeni partlayışdan sonra Kalmunay şəhərində və onun ətrafında tətbiq edilmiş komendant saatını ləğv edilib.

Trend xəbər verir ki, komendant saatı aprelin 29-də səhər saat 8 radələrində dayandırılıb.

Xatırladaq ki, 21 aprel tarixində ölkədə ardıcıl partlayışlar baş verib. Şri-Lankanın Səhiyyə Nazirliyinin məlumatına görə, həmin partlayışlar nəticəsində 250-260 nəfər həlak olub.

Baş verənlərə görə məsuliyyəti İŞİD terrorçu qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti