...

İranda 5 bala yaxın zəlzələ olub

Dünya xəbərləri Materials 18 May 2019 12:41 (UTC +04:00)
Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
İranda 5 bala yaxın zəlzələ olub

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib ki, zəlzələ vilayətin Xane Zinyan şəhərinin 18 kilometrliyində olub.

Təkanlar saat 12:18-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti