Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin bütün əyalətlərində keçirilən xüsusi əməliyyatlar nəticəsində 655 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, əməliyyatlar qeyri-qanuni qumar oyunlarının təşkilatçılarına qarşı keçirilib.
Əməliyyatlara 6,9 min polis əməkdaşı cəlb edilib. Əməliyyat zamanı həmçinin 1 kiloqramdan artıq narkotik və 8 ədəd odlu silah aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə 1996-cı ildən bir sıra qumar oyunları qadağan edilib.