...

Silahlılar Suriyanın yaşayış məntəqələrini atəşə tutublar, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 20 May 2019 08:05 (UTC +04:00)
Silahlılar Suriyanın Latakiya, Hama və İdlib əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar
Silahlılar Suriyanın yaşayış məntəqələrini atəşə tutublar, ölən və yaralananlar var

Bakı. Trend:

Silahlılar Suriyanın Latakiya, Hama və İdlib əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin bildirib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Ruyesət-İskəndər (3 dəfə), Hamamiyyət (2 dəfə), Ərdaş-Dağ, Cubb-əz-Zərur, Nahşebba, Axç-Baer, Əy-əl-Həmmam, Səfsəfə, Hama əyalətinin Huayz və İdlib əyalətinin Zəfər-əl-Kabir yaşayış məntəqələrini atəşə tutublar".

Onun sözlərinə görə, silhalıların yaşayış məntəqələrini atəşə tutması nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti