...

Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb, çox sayda yaralı var

Dünya xəbərləri Materials 4 İyun 2019 07:13 (UTC +04:00)
Yaponiyanın Totigi prefekturasında məktəb avtobusunun iştirakı ilə yol qəzası baş verib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb, çox sayda yaralı var

Bakı. Trend:

Yaponiyanın Totigi prefekturasında məktəb avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Trend-in Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 15-i ibtidai siniflərin şagirdləri olmaqla azı 17 nəfər xəsarət alıb.

Bildirilir ki, qəzada məktəb avtobusu ilə yanaşı azı 4 avtomobil daha iştirak edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın səbəbini araşdırırlar.

Xəbər lenti

Xəbər lenti