...

Kolumbiyada yaşayış evinin divarı uçub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 15 İyun 2019 06:18 (UTC +04:00)
Kolumbiyanın Boqota şəhərində yaşayış evinin divarı uçub
Kolumbiyada yaşayış evinin divarı uçub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Kolumbiyanın Boqota şəhərində yaşayış evinin divarı uçub.

Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, təmir işlərinin aparıldığı evin divarın müəyyən edilməyən səbəblərə görə uçub.

Bildirilir ki, evin yaxınlığında keçən iki nəfər divarın altında qalaraq həlak olub, 4 nəfər isə yaralanıb.

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb, hadisə yerində xilasedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti