...

Rusiyada ağır qəza baş verib: 8 nəfər həlak olub

Dünya xəbərləri Materials 16 İyun 2019 05:50 (UTC +04:00)
Rusiya Federasiyasının Voronej vilayətində ağır qəza baş verib
Rusiyada ağır qəza baş verib: 8 nəfər həlak olub

Bakı. Trend:

Rusiya Federasiyasının Voronej vilayətində ağır qəza baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya DİN-in regional idarəsindən bildirilib.

Məlumata əsasən, Voronej istiqamətində gedən "Ford Focus" minik avtomobilinin "Volkswagen Transporter" mikroavtobusu ilə toqquşması nəticəsində 8 nəfər həlak olub, bir nəfər azyaşlı qız xəsarət alıb.

Hadisə yerində yol polisi əməkdaşları işləyir, hadisənin səbəbləri müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti