...

Putin 3 generalı işdən qovdu

Dünya xəbərləri Materials 3 İyul 2019 20:35 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin 3 generalı vəzifəsindən azad edib
Putin 3 generalı işdən qovdu

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin 3 generalı vəzifəsindən azad edib.

Trend-in məlumatına görə, prezidentin fərmanı ilə Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedev, Çuvaş Respublikası daxili işlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifələrindən azad edilib.

Bundan başqa, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov işdən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti