...

Misirdə intiharçı-terrorçu partlayış törətdi - 2 ölü, 3 yaralı

Dünya xəbərləri Materials 18 İyul 2019 15:37 (UTC +04:00)
Misirdə güclü partlayış baş verib.
Misirdə intiharçı-terrorçu partlayış törətdi - 2 ölü, 3 yaralı

Bakı. Trend:

Misirdə güclü partlayış baş verib. Trend-in məlumatına görə, Sinay yarımadasında Şeyx Zuveyd şəhərində avtomobil dayanacağında intiharçı-terrorçu özünü partladıb.

Məlumata görə, insident nəticəsində biri Misir Təhlükəsizlik Qüvvələrinin əməkdaşı olmaqla 2 nəfər həlak olub. Daha 3 nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı başqa detallar açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti