...

İraq Bəsrədə HDQ-nin yeni bazasını inşa edəcək

Dünya xəbərləri Materials 30 İyul 2019 04:19 (UTC +04:00)
İraq ölkənin cənubunda yerləşən Bəsrə əyalətində Hərbi Dəniz Qüvvələrinin yeni bazasını inşa etməyi planlaşdırır
İraq Bəsrədə HDQ-nin yeni bazasını inşa edəcək

Bakı. Trend:

İraq ölkənin cənubunda yerləşən Bəsrə əyalətində Hərbi Dəniz Qüvvələrinin yeni bazasını inşa etməyi planlaşdırır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq hökumətinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "İraq hökuməti Bəsrə əyalətində beynəlxalq standartlara cavab verən müasir dəniz bazasının tikintisi planları haqqında bəyan edir. İraq Hərbi Dəniz Qüvvələrinin tarixində ən böyük olacaq dəniz bazası Fars körfəzinin şimalında İraqın regional sularında bizim qüvvələrimizə qabaqcıl mövqelər verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti