...

Livan ordusu sərhədi pozan iki İsrail dronlarına qarşı atəş açıb

Dünya xəbərləri Materials 28 Avqust 2019 23:01 (UTC +04:00)

Bakı. Trend:

Livan ordusunun şəxsi heyəti sərhədi pozan iki pilotsuz İsrail uçuş aparatına qarşı atəş açıb.

Trend-in məlumatına görə, bu barədə "Al Hadas" telekanalı bildirib.

Məlumata əsasən, intensiv atəş səbəbindən dronlar İsrailə tərəf dönməyə məcbur olub.

Bildirilir ki, daha əvvəl Livan Silahlı Qüvvələri komandanlığı cənubda yerləşdirilən qoşunlara Livan hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vurmağı əmr edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti