...

ABŞ-da stadionda atışma olub, çox sayda yeniyetmə yaralanıb

Dünya xəbərləri Materials 31 Avqust 2019 08:49 (UTC +04:00)
ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) "Ledd-Piblz" stadionunda atışma baş verib
ABŞ-da stadionda atışma olub, çox sayda yeniyetmə yaralanıb

Bakı. Trend:

ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) "Ledd-Piblz" stadionunda atışma baş verib.

Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, futbol matçından sonra baş verən atışma nəticəsində azı 10 nəfər yaralanıb.

Bildirilir ki, yaralananlar 15-18 yaş arasında yeniyetmələr olub.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti