Bakı. Trend:
"Mercedes-Benz" şirkəti Rusiyada 900-dən çox avtomobilini geri çağırıb.
Trend-in məlumatına görə, qərar kondisionerlərin drenaj şlanqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Məlumatda qeyd olunur ki, drenaj şlanqları düzgün quraşdırılmaya bilər bilər.
Qeyd edək ki, geri çağırılma 2018-2019-cu illərdə satılmış avtomobillərə şamil olunur.
Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
Xatırladaq ki, bundan öncə isə "Mercedes-Benz RUS" şirkəti Rusiyada 21 avtomobili geri çağırmışdı.