Bakı. Trend:
Fransanın Bayonna şəhərində yaşlı kişi bir məscidin ziyarətçilərini güllələyib, 2 nəfər yaralanıb.
Trend-in məlumatına görə, Atlantik Pirineyalar Polis İdarəsi şübhəli bilinən şəxsin tutulduğunu bildirib.
İlkin məlumatlara görə, silahla hücum edən şəxs yerli vaxtla saat 15:00 radələrində məscidin girişində ziyarətçiləri vurub, eyni zamanda binaya Molotov kokteyli atıb.
Ən azı 74 və 78 yaşlı iki nəfər yaralanıb, biri sinə nahiyəsindən ağır yaralanıb.
Polis Sent-Martin-de-Senan kommunasında şübhəli şəxsi saxlayıb.