Bakı, Trend:
Meksikanın xarici işlər nazirliyi şənbə günü mübahisəli seçki ilə bağlı bir həftə davam edən Boliviyadakı siyasi vəziyyətdən narahat olduğunu bildirib.
Trend-in məlumatına görə, Meksikanın xarici işlər nazirliyinin açıqlamasında deyilir: "Meksika üçün demokratiya yeganə yoldur və bu prosesi güc və zorakılıqla əvəz etmək geri çəkilmə deməkdir. Meksika hökuməti, Prezident Evo Moralesin söylədiyi kimi, dialoqa çağırır."