...

Suriyanın Hama vilayətində raketlə təchiz olunmuş dron vurulub

Dünya xəbərləri Materials 23 Dekabr 2019 04:23 (UTC +04:00)
Hama əyalətində Suriya qoşunları tərəfindən raketlə təchiz edilmiş pilotsuz uçuş aparatı vurulub
Suriyanın Hama vilayətində raketlə təchiz olunmuş dron vurulub

Bakı. Trend:

Hama əyalətində Suriya qoşunları tərəfindən raketlə təchiz edilmiş pilotsuz uçuş aparatı vurulub.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi bildirib.

Məlumata əsasən, pilotsuz uçuş aparatı Tell Derra ərazisində yerləşən El Hamra fermalarının üzərində səmada vurulub. Bu ərazidə Suriya səhrasından daxil olan İslam Dövləti (İŞİD) terror qruplaşmasının dəstələri fəaliyyət göstərir.

Al-Watan qəzetinin yazdığına görə, terrorçular hərbi və iqtisadi obyektlərə zərbələr endirmək üçün dronlardan istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti