...

Rusiyada təyyarə təcili eniş etdi - Nasazlıq aşkar olunub

Dünya xəbərləri Materials 31 Dekabr 2019 11:41 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Novosibirsk şəhərindən Moskovaya uçan "Ural Hava Yollarının" təyyarəsi Yekaterinburq hava limanına təcili eniş edib.

Trend-in məlumatına görə, buna səbəb mühərriklərdən birinin nasazlığı olub.

Bildirilib ki, təyyarənin komandiri Koltsovoda təcili eniş etmək qərarına gəlmişdi:

"Eniş uğurlu keçib, gözləmə müddətində sərnişinlər lazım olan hər şeylə təmin ediləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti