...

Kanadada sərnişin qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 1 Yanvar 2020 03:17 (UTC +04:00)
Kanadanın Manitoba əyalətində sərnişin qatarının lokomotivi bə bir neçə vaqonu relsdən çıxıb
Kanadada sərnişin qatarı relsdən çıxıb

Bakı. Trend:

Kanadanın Manitoba əyalətində sərnişin qatarının lokomotivi bə bir neçə vaqonu relsdən çıxıb.

Trend-in "CTV" telekanalına istinadən verdiyi məlumata görə, insident Portaj-La-Preri yaşayış məntəqəsi yaxınlığında baş verib.

Bildirilir ki, qəza zamanı qatarda 7-si sərnişin olmaqla 12 nəfər olub. İnsident nəticəsində ciddi xəsarət alan olmayıb.

Qatarın relsdən çıxmasının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti