...

"Air Canada" şirkətinin təyyarəsi havaya qalxarkən şassisini zədələyib

Dünya xəbərləri Materials 5 Yanvar 2020 04:41 (UTC +04:00)
Kanadanın "Air Canada" aviaşirkətinin sərnişin təyyarəsi uçuş edərkən şassisini zədələyib
"Air Canada" şirkətinin təyyarəsi havaya qalxarkən şassisini zədələyib

Bakı. Trend:

Kanadanın "Air Canada" aviaşirkətinin sərnişin təyyarəsi Monreal Hava limanından (Kvebek) uçuş edərkən şassisinin altı eniş çarxından birini zədələyib.

Trend-in məlumatına görə, təyyarə havaya qalxdıqdan dərhal sonra pilotlar yanacağı bitirmək üçün hava limanının üstündə bir neçə dairə vurublar və sonra təyyarəni uğurla yerə endiriblər.

DHC-8-300 təyyarəsinin göyərtəsində 49 sərnişin və üç ekipaj üzvü olub. Xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti