...

Ukraynanın İrandakı təyyarə qəzası ilə bağlı versiyaları - zenit raketi, terror aktı, yoxsa texniki problem?

Dünya xəbərləri Materials 9 Yanvar 2020 13:47 (UTC +04:00)
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası İranda qəzaya uğramış təyyarə ilə bağlı bir neçə versiya nəzərdən keçirdiyini bildirib
Ukraynanın İrandakı təyyarə qəzası ilə bağlı versiyaları - zenit raketi, terror aktı, yoxsa texniki problem?

Bakı. Trend:

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası İranda qəzaya uğramış təyyarə ilə bağlı bir neçə versiya nəzərdən keçirdiyini bildirib.

Trend-in məlumatına görə, qurum qəza ilə bağlı 3 versiyanı yoxlayır.

Nəzərdən keçirilən versiyalar arasında təyyarənin zenit raketi ilə vurulması, terror aktı və texniki səbəblərlə əlaqədar mühərrikin partlaması yer alır.

Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti