...

Formula 1 çempionu Avstraliyadakı yanğınlarla mübarizəyə yardım göstərəcək

Dünya xəbərləri Materials 10 Yanvar 2020 08:22 (UTC +04:00)
Lyuis Hemilton Avstraliyadakı meşə yanğınlarına qarşı mübarizə üçün 500 min dollar məbələğində yardım edəcək
Formula 1 çempionu Avstraliyadakı yanğınlarla mübarizəyə yardım göstərəcək

Bakı. Trend:

"Formula 1" avtomobillər yarışı üzrə dünya çempionatında çıxış edən "Mersedes"in britaniyalı yarışçısı Lyuis Hemilton Avstraliyadakı meşə yanğınlarına qarşı mübarizə üçün 500 min dollar məbləğində yardım edəcək.

Trend-in məlumatına görə, bu barədə idmançı öz "Twitter" səhifəsində bildirib.

L.Hemilton bildirib: "Avstraliyada baş verən yanğınlara görə dağıntılar və ölkə sakinlərinin, eləcə də faunanın nümayəndələrinin üzləşdikləri çətinliklər ürəyimi sındırır. Heyvanları qorumaq, bu sahədəki işçilərə və yanğınsöndürənlərə dəstək olmaq üçün tədbirləri maliyyələşdirmək məqsədilə 500 min dollar bağışlamaq niyyətindəyəm".

Qeyd edək ki, L.Hemilton altı qat dünya çempionudur (2008, 2014, 2015, 2017, 2018, 2019).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti