...

Qonşu ölkədə koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı

Dünya xəbərləri Materials 28 Yanvar 2020 14:19 (UTC +04:00)
İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb
Qonşu ölkədə koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı

Bakı. Elnur Bağışov - Trend:

İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata əsasən, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib.

Nazirin sözlərinə görə, indiyədək İranda koronovirusu ilə əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti