...

Niderlandda poçt məntəqələri hədəfə alındı - Ard-arda partlayışlar

Dünya xəbərləri Materials 12 Fevral 2020 14:41 (UTC +04:00)
Niderlandın iki şəhərində poçt məntəqələrində partlayışlar baş verib
Niderlandda poçt məntəqələri hədəfə alındı - Ard-arda partlayışlar

Bakı. Trend:

Niderlandın iki şəhərində poçt məntəqələrində partlayışlar baş verib.

Trend-in məlumatına görə, partlayışlar paytaxt Amsterdamda və Kerkrade şəhərinin poçt məntəqələrində qeydə alınıb.

Bildirilir ki, hər iki məntəqəyə göndərilən bağlamaların içindəki partlayıcı qurğular işə düşüb.

Hadisə zamanı xəsarət alanların olmadığı deyilir.

Hazırda hadisənin motivləri və ya mümkün əlaqəsi ilə bağlı araşdırma aparılır.

Qeyd olunur ki, bundan əvvəl poçt məntəqələri bir neçə dəfə təhdid məktubları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti