...

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1380 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Fevral 2020 08:01 (UTC +04:00)
Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1380 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub

Bakı. Trend:

Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63851 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6723 nəfər təşkil edib.

Daha əvvəl 1488 nəfərin öldüyü, 63918 nəfərin virusa yoluxduğu, 6982 nəfərin isə sağaldığı bildirilirdi. Hubey əyalətindən daxil olan məlumatların səhvən iki dəfə hesablanmasından sonra təqdim edilən məlumatlarda düzəliş edilib.

XXX

06:01

Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1488 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63918 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6982 nəfər təşkil edib.

Xatırladaq ki, Çinin Hubey əyalətində ötın sutka ərzində yeni növ koronavirusdan 116 nəfər ölüb, 4823 nəfər isə yeni növ koronavirusa yoluxub və yoluxanların ümumi sayı 51986 nəfər çatıb.

Həmçinin gün ərzində 690 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti