...

Torontoda şassi təkərlərindən birini itirən təyyarə uğurla eniş edib

Dünya xəbərləri Materials 19 Fevral 2020 09:19 (UTC +04:00)
"Air Canada" aviaşirkətinə məxsus A319 sərnişin təyyarəsi şassisinin təkərlərindən birini itirməsinə baxmayaraq uğurla eniş edib
Torontoda şassi təkərlərindən birini itirən təyyarə uğurla eniş edib

Bakı. Trend:

"Air Canada" aviaşirkətinə məxsus A319 sərnişin təyyarəsi şassisinin təkərlərindən birini itirməsinə baxmayaraq uğurla eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, göyərtəsində 120 sərnişin və 5 heyət üzvü olan təyyarə Nyu-Yorkdan havaya qalxıb.

Bildirilir ki, təyyarə havaya qalxarkən sağ qanadının altında yerləşən şassinin təkərlərindən biri qopub. Təyyarənin pilotu eniş edərkən təhlükəsiz dəhliz istəyib.

Eniş yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib, lakin onların xidmətlərinə ehtiyac olmayıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti