...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Fevral 2020 21:22 (UTC +04:00)
İranın Türkiyə ilə sərhədində baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van əyalətində ölənlərin sayı 9 nəfərə çatıb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İranın Türkiyə ilə sərhədində baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van əyalətində ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə Trendn Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə nəticəsində təxminən 50 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

XXX

14:33

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyənin Van vilayətində 20-dən çox insan yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.

Trend-in məlumatına görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, zəlzələdən sonra 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan səkkizinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ zamanı 8 nəfərin həlak olduğunu və beş nəfərin yaralandığını, dağıntılar altındakı insanların qaldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti