...

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

Dünya xəbərləri Materials 24 Fevral 2020 07:14 (UTC +04:00)
Çində yeni növ koronavirusdan daha 150 nəfər dünyasını dəyişib
Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

Bakı. trend:

Çində yeni növ koronavirusdan daha 150 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 77150 nəfərə çatıb, onlardan 2592 nəfər ölüb, 24734 nəfər isə sağalıb.

Bildirilir ki, ötən sutka ərzində 1846 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti