Bakı. Trend:
İsveçrədə yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 30-a çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yoluxma halları ölkənin 11 kantonu və yarıkantonunda, o cümlədən Bern, Cenevrə, Tiçino və Sürixdə qeydə alınıb.
Bildirilir ki, ölkədə 1850-dən artıq insan koronavirusla əlaqədar yoxlanılıb. Bir sıra şəxs yaşadığı ərazidə karantinə yerləşdirilib.
Qeyd edək ki, İsveçrədə ilk yeni növ COVID-19 koronavirusuna yoluxma halı fevralın 25-i qeydə alınıb.