...

Dünyada gün ərzində koronavirusa 14 minə yaxın nəfər yoluxub

Dünya xəbərləri Materials 17 Mart 2020 03:18 (UTC +04:00)
862 nəfər dünyasını dəyişib
Dünyada gün ərzində koronavirusa 14 minə yaxın nəfər yoluxub

Bakı. Trend:

Son 24 saat ərzində dünyada yeni növ koronavirusa 14 minə yaxın insan yoluxub, 862 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Məlumata görə, dünyada son gün ərzində COVID-19 virusuna 13 903 yeni yoluxma halları aşkar edilib, onlardan yalnız 21-i Çin Xalq Respublikası ərazisində baş verib. Dünya üzrə yoluxanların ümumi sayı hazırda 167 511 nəfərə, ölənlərin sayı isə 6606-ya çatıb.

Qeyd edilir ki, virus artıq 151 ölkəyə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti