Bakı. Trend:
Beynəlxalq Əmək Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar genişmiqyaslı işsizlik proqnozlaşdırıb.
Trend-in məlumatına görə, mütəxəssislər hesab edir ki, dövlətlər işçilərin müdafiəsi üçün təcili tədbirlər görməsə, 25 milyon şəxs iş yerlərindən məhrum ola bilər.
Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə qlobal maliyyə böhranı nəticəsində 22 milyon nəfər işsiz qalmışdı.
Xatırladaq ki, bu günədək dünyanın 176 ölkəsində 220 313 nəfər koronavirusa yoluxub, 8 983 nəfər vəfat edib.