...

"Hyundai" və "KIA" Çexiya və Slovakiyadakı zavodlarını bağlayır

Dünya xəbərləri Materials 19 Mart 2020 15:53 (UTC +04:00)
Qərar martın 23-dən qüvvəyə minəcək
"Hyundai" və "KIA" Çexiya və Slovakiyadakı zavodlarını bağlayır

Bakı. Trend:

Cənubi Koreyanın "Hyundai Motor" və "KIA Motors" avtomobil şirkətləri koronavirus pandemiyası ilə əlaqədar müvafiq olaraq Çexiya və Slovakiyadakı zavodlarda istehsalı dayandırır.

Trend-in məlumatına görə, qərar martın 23-dən qüvvəyə minəcək.

Bu müddət ərzində zavodların işçilərinə əmək haqqının azı 70 faizi məbləğində təzminat veriləcək.

Çexiyada "Hyundai" zavodunda 3 300, Slovakiyada "KIA" zavodunda 4 minədək işçi fəaliyyət göstərir.

Qeyd edək ki, bu günədək Çexiyada 572, Slovakiyada 105 nəfər koronavirusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti