...

Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 1799 olub

Dünya xəbərləri Materials 6 Aprel 2020 04:05 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 1799 olub

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni növ koronavirusa yoluxma hallarının ümumi sayı 1799-ə çatdı, 10 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.

Bildirilir ki, son sutka ərzində BƏƏ-də 294 yoluxma hadisəsi aşkarlanıb. Pandemiyanın başlamasından indiyədək 144 nəfər virusdan sağalıb.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasını pandemiya elan edib.

Təşkilatın son məlumatına görə, dünyada koronavirusa 1 milyon 130 mindən çox yoluxma hadisəsi qeydə alınıb, 63 minə yaxın insan dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti