...

Tramp: ABŞ-da koronavirusdan ölənlərin sayı 60-65 min olacaq

Dünya xəbərləri Materials 18 Aprel 2020 07:07 (UTC +04:00)
ABŞ-da yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayının təxminən 60-65 min nəfər olacağı ehtimal edilir
Tramp: ABŞ-da koronavirusdan ölənlərin sayı 60-65 min olacaq

Bakı. Trend:

ABŞ-da yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayının təxminən 60-65 min nəfər olacağı ehtimal edilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün keçirilmiş brifinqdə bildirib.

D.Tramp qeyd edib ki, 2 2 milyon insan ABŞ-da yeni koronavirusdan ölə bilərdi:

"Əgər heç bir şey etməsəydik, minimum 1,6 milyon insan virusun qurbanı ola bilərdi. Ancaq biz çox yaxşı bir iş gördük".

ABŞ prezidentinin fikrincə, ölkədə 100 min (ölüdən) xeyli aşağı göstərici olacaq:

"Hesab edirəm ki, indi biz 60, bəlkə 65 min [ölü] səviyyəsinə keçirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti