Bakı. Trend:
Şimali Koreyada məktəblər və ali tədris müəssisələrində dərslər bərpa olunub.
Trend-in məlumatına görə, ölkə ərazisində koronavirus təhlükəsi ilə əlaqədar dərslər dayandırılmışdı.
Tətil müddəti isə bir neçə dəfə artırılmışdı. Bu gün tələbə və şagirdlərin dərslərə qayıtdığı bildirilib.
Qeyd edək ki, Şimali Koreyada koronavirusa yoluxanların olub-olmaması barədə rəsmi məlumat bu günədək verilməyib.