...

"Air Canada" 60 faiz işçisini ixtisara salacaq

Dünya xəbərləri Materials 16 May 2020 08:53 (UTC +04:00)
"Air Canada" 60 faiz işçisini ixtisara salacaq

Bakı. Trend:

Kanadanın ən böyük "Air Canada" aviaşirkəti 60 faiz işçisini ixtisara salmaq niyyətindədir.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, şirkət bu addımı pandemiya səbəbindən qaynaqlanan krizis şəraitində vəsaitlərə qənaət etmək məqsədi ilə atıb.

Bildirilir ki, ixtisara 38 min şirkət işçisindən 19-22,8 min arası nəfər düşəcək. Bu haqda onlara elektron poçt vasitəsi ilə xəbərdarlıq göndərilib. İxtisarlar 7 iyun tarixindən başlayacaq.

Hazırda "Air Canada" şirkətinin uçuşları 95 faiz azalıb və 225 təyyarəsi işsiz dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti