Krit adası sahillərində güclü zəlzələ qeydə alınıb

Dünya xəbərləri Xəbər 22 May 2020 08:56 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanın Krit adası yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Zəlzələnin episentri Kritdə yerləşən İerapetra şəhərindən 58 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti