...

Conson iyunun 18-də Brüsseldə "Brexit" üzrə danışıqlarda iştirak edəcək

Dünya xəbərləri Materials 28 May 2020 06:24 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson iyunun ikinci yarısında Brüsselə səfər edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş nazirinin Avropa İttifaqı ilə danışıqlardakı nümayəndəsi Devid Frost deyib.

Onun sözlərinə görə, səfər zamanı son 4 ayda ilk dəfə B.Consonun Avropa liderləri ilə "Brexit" üzrə danışıqları baş tuta bilər.

D.Frost qeyd edib ki, səfər çərçivəsində Böüyk Britaniyanın baş naziri danışıqların formal qiymətləndirilməsi üçün Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Avropa Şurasının sədiri Çarlz Mişel ilə görüşə bilər.

Baş nazirin nümayəndəsi əlavə edib ki, 18 iyuna planlaşdırılmış danışıqlar tərəflərin razılaşmanı tamamlamaq üçün kompromis əldə edə biləcəyini müəyyənləşdirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti