...

ABŞ Senatının komitəsi müdafiə büdcəsini təsdiqləyib

Dünya xəbərləri Materials 12 İyun 2020 03:28 (UTC +04:00)
ABŞ Senatının komitəsi müdafiə büdcəsini təsdiqləyib

Bakı. Trend:

ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi ölkənin müdafiə büdcəsi üzrə qərar qəbul edib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, səsverməyə əsasən medafiə büdcəsi 740 milyard dollar təşkil edəcək.

Məlumata əsasən, səsvermədə 27 nəfər iştirak edib, onlardan 25-i büdcənin lehinə, 2-si isə əleyhinə səs verib.

Bildirilir ki, büdcənin tam təsdiq edilməsi üçün layihə Senatın bütün üzvləri tərəfindən qəbul edilməlidir, Nümayəndələr Palatası tərəfindən razılaşdırılmalıdır, daha sonra isə ABŞ prezidenti Donald Tramp imzalamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti