...

Ermənistanda koronavirusa yoluxanların sayı 15 mini keçdi

Dünya xəbərləri Materials 12 İyun 2020 11:57 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 15 mini keçdi

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 15 281 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 612 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 13 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 258 nəfər koronavirusdan ölüb, 9 298 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti