...

İsveçdə əcnəbi vətəndaşların ölkəyə girişinin qadağası iyunun 30-dək uzadılıb

Dünya xəbərləri Materials 13 İyun 2020 02:10 (UTC +04:00)
İsveçdə əcnəbi vətəndaşların ölkəyə girişinin qadağası iyunun 30-dək uzadılıb

Bakı. Trend:

İsveçdə əcnəbi vətəndaşların ölkəyə girişinin qadağası iyunun 30-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə İsveç hökumətinin qərarında deyilir.

Bununla belə qeyd olunur ki, qadağa Aİ ölkələri, Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrə vətəndaşlarına şamil olunmur.

Qeyd edək ki, İsveçə giriş qadağası martın 19-da bir ay müddətinə tətbiq olunmuş, daha sonra mayın 15-ə və iyunun 15-dək uzadılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti