...

Meksikada 4 tondan artıq norkotik vasitə müsadirə edilib

Dünya xəbərləri Materials 14 İyun 2020 10:48 (UTC +04:00)
Meksikada 4 tondan artıq norkotik vasitə müsadirə edilib

Bakı. Trend:

Meksikanın ABŞ ilə sərhədində yerləşən Tixuana şəhərinin gömrük məntəqəsində külli miqdarda narkotik vasitə müsadirə ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın vergi xidmətindən (SAT) bildiriblər.

Məlumatda deyilir: "SAT əməkdaşları 3 607 kiloqram çəkisi olan 301 yeşik marixuana və 565 kiloqram çəkisi olan 21 yeşik metamfetamin müsadirə ediblər". Təxmini hesablamalara görə, müsadirə edilən narkotik vasitələrin ümumi dəyəri 3,5 milyon dollar təşkil edir.

Bildirilir ki, narkotik vasitələr rentgen aparatı ilə keçirilən baxəş zamanı aşkar edilib. Qaçaqmalçıların saxlanılması barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti