Bakı. Trend:
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Pençe-Kaplan əməliyyatında iştirak edən komandaların görüntülərini yayıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu kadrlar nazirliyin rəsmi "Twitter" səhifəsində yayımlanıb.
Paylaşımda terrorçuların istifadə etdiyi sığınacaqların və mağaraların dağıdılması görüntüləri yer alıb. Əməliyyatın uğurla davam etdiyi bildirilir:
"Fasiləsiz axtarışları davam etdirən komandalarımız Haftanindəki PKK terror təşkilatının sığınacaqlarını və mağaralarını bir-bir məhv edir".