...

Rusiyada koronavirusa yoluxanların sayı 584 mini ötüb

Dünya xəbərləri Materials 21 İyun 2020 16:36 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa daha 7 729 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə opertaiv qərargahdan bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 584 680 nəfərə çatıb.

Bildirilir ki, hazırda koronavirusa yoluxan 236 858 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti